Dərc edilib: 12-08-2022

http://www.nuh.az/31960-.html

Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib

12.08.2022 12:47:33

İdman

Bakcell şirkətinin şəhid və qazi övladları üçün təşkil etdiyi ödənişsiz ingilis dili kursları başa çatıb. 


“You Will Speak” təşkilatı ilə birlikdə həyata keçirilən layihədə müxtəlif bölgələrdən 50 uşaq iştirak edib. 8 ay müddətində onlayn keçirilən ingilis dili kurslarının sonunda uşaqların ingilis dili bilikləri qiymətləndirilib.

Bakcell şirkəti uşaqların inkişafını və təhsilini dəstəkləyən bir çox sosial məsuliyyət layihələri həyata keçirir.

Şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentindən “Qafqazinfo”ya bildirilib: “Müharibədən əziyyət çəkən uşaqlara qayğı və diqqət bizim Korporativ Sosial Məsuliyyət proqramımızın əsas istiqamətlərindən birini təşkil edir. Bakcell şirkəti bu sahədə bir neçə layihə həyata keçirir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib