Dərc edilib: 12-08-2022

http://www.nuh.az/31963-.html

Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?

12.08.2022 18:44:57

Reportaj

“Bir neçə gün əvvəl Almaniyada 28 avroya (50 AZN-red) satılan dərmanın Bakıda 106 manata olduğu barədə status paylaşandan sonra sahibkarlardan maraqlı məlumatlar aldım. Adamlara gömrüyün və digər müvafiq qurumların təpiyi necə dəyirsə, düşünəndə təzyiq oynayır”. 


“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Natiq Cavadlı dərmanların qiyməti ilə bağlı sosial şəbəkədəki son paylaşımında qeyd edib.

O bildirib ki, dərmanların qiymətinin Avropa ölkələri ilə müqayisədə kəskin baha olmasının səbəbi gömrük sistemindəki ikili sənədləşmə ilə bağlıdır:

“Azərbaycana gətirilən dərman pereparatlarına müxtəlif rüsumlar (aksiz və sair) tətbiq etdikdən sonra əsas məbləğin 54 faizinə qədər rüsum alınır. Bundan başqa, dərman şirkəti əgər illik 200 min manatlıq dövriyyəyə sahibdirsə, ƏDV kimi malın dəyərinin 18 faizi vergi kimi alınır. Dövriyyə 18 faizi keçdikdən sonra isə bu rəqəm 25, hətta 30 faizə qədər artır. İşin maraqlı tərəfi odur ki, Dövlət Gömrük Komitəsi təkcə dərman preparatlarına deyil, bütün məhsullara ikili sənədləşmə edirlər. Birinci sənədləşmə sahibkarın gördüyü və mal və məhsullarını çıxarmaq üçün verilən kağızlardan ibarətdir. Orada ümumi dəyərin 54 faizə qədəri həcmində rüsum qeyd olunur. İkinci isə əsl sənəddir ki, orada rəqəmlər tamam başqadır. Təxminən 36 faizlik hissəni aşmır. Ortada yaranan 18 faiz (54-36) isə gömrüyün “qazancıdır”. Yəni, o, sənədləşdirməyə salınmır”.

N.Cavadlı əlavə edib ki, ölkəyə gətirilən dərmanlara Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da ayrıca icazə verməlidir: “Bu, hər məhsulda ad və növünə görə 300-500 manat təşkil edir. Bundan başqa, gömrük işçiləri hansısa sənədləri bəhanə gətirib yüklə dolu maşını bir neçə gün saxlayır ki, bu da hər gün üçün əlavə 150 dollar deməkdir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib