Dərc edilib: 16-08-2022

https://www.nuh.az/31989-.html

İnsan orqanizmi ilə bağlı - Maraqlı faktlar

16.08.2022 08:54:42

LIVE

İnsan orqanizmi ilə bağlı saysız-hesabsız maraqlı faktlar mövcuddur.

Onlardan bəzilərini topladıq:

- İnsan orqanizmində ən güclü əzələ dildir.

- Gülüş zamanı insanda 17 əzələ işləyir.

- İnsan burnu 50 min qoxunu ayırıb yadda saxlaya bilər.

- İnsan saatda 160 km sürətlə asqırır.

- Döş qəfəsindən çıxarılan insan ürəyi qısa müddət döyünə bilir.

- Mədə turşusu o qədər güclüdür ki, bədəndə 3-4 günə tamamilə yeni selikli qişa yaranır.

- Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da Ekvator xəttini iki dəfədən artıq fırlanmağa bərabərdir.

-  İnsan bədəni gündə yük maşınının 32 km məsafə qət edə biləcəyi qədər enerji istehsal edir.

-  İnsan xoruldayan zaman 80 destibel gücündə səs çıxarır. 85 destibeldən yuxarı səsə insan sağlamlığı üçün təhlükəlidir. 

 

 

-  İnsan 7000000000000000000000000000 (7 oktillion) atomdan ibarətik.

- Neyronlar saatda 240 kilometr sürətlə siqnal ötürürlər.

-  İnsanın ürək ritmləri və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir.

-  İnsan sümüyü poladdan möhkəmdir. Belə möhkəmliyə baxmayaraq sümüklərin 31 faizi sudan ibarətdir.

- İnsan gözü kamera kimi qiymətləndirilsə, o 576 meqapiksel olar. Müqayisə üçün deyək ki, ən güclü fotoaparat olan Mamiya DSLR da bu rəqəm 80 meqapikseldir.

- Həmçinin insan gözü 10 min rəngi seçə bilir.

- Əgər insan DNT-ni açmaq mümkün olarsa 16 milyard km-lik zəncir yaranardı. Bu isə Yerdən Plutona və əks istiqamətdə olan məsafə qədərdir.

- İnsan yaddaşı 1 kvadrillion bit informasiya saxlaya bilər.

- İnsan ürəyi orta ömürü ərzində 1,5 milyon barel qan vurur. Bu, 200 dəmiryol sisternini doldurmağa yetir.

-  İnsan orqanizmi saatda 180 milyon qırmızı qan hüceyrəsi yaradır.

-  Hamiləlik zamanı ananın hər hansı orqanı zədələnsə, döl bu orqanın bərpası üçün kök hüceyrə ötürür.

- Bir addım atmaq üçün 200 əzələ işləməlidir.

- Bir hüceyrədə 6 milyard DNT spiralı var.

- İnsan həyatının 1/3 yuxuda keçirir.

- İnsan iki ay qidasız qala bilər.

- Dil dad reseptorları olan yeganə orqan deyil. Bu peseptorlar mədədə, bağırsaq traktında, mədəaltı vəzdə, beyində də var.

- Oksigensiz 5-10 dəqiqiə qalmaq olar. Bundan sonra beyin hüceyrələri məhv olmağa başlayacaq.

- Beyinin 60 faizi yağdan ibarətdir.

- İnsan beyni bəzi informasiyaları unudur. Beyin bunu özünü yüklənmədən qorumaq üçün edir.

- Skeletdə 200 sümük və 630 skelet əzələsi var.

- Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdıqda isə saatda 170 kilometr təşkil edir.

- Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.

- Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır.

- İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.

- Açıq gözlə asqırmaq mümkün deyil. ( qafqaz ) 

NUH informasiya agentliyi səhifəsindən çap edilib