Dərc edilib: 20-08-2022

https://www.nuh.az/32013-.html

Dünyanın ən uzunömürlü ikinci qadını vəfat etdi

20.08.2022 10:00:54

Günün sitatı

Polşanın ən yaşlı sakini və dünyanın ikinci ən yaşlı qadını Tekla Yuneviç 116 yaşında vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın RMF radiostansiyası məlumat yayıb.

Yuneviç İkinci Dünya Müharibəsi bitdikdən sonra Polşanın cənubundakı Sileziyada yaşayırdı. O, 1906-cı il iyunun 10-da Lvovdan 40 km aralıda yerləşən Krupsko kəndində anadan olub.

1980-ci ildə həyat yoldaşını itirən Yuneviç 103 yaşına qədər bütün ev işlərinin öhdəsindən təkbaşına gəlib. 

Yaxınlarının sözlərinə görə, Yuneviç həmişə aktiv, yaxşı əhval-ruhiyyədə olub, zarafat etməyi, oxumağı və kart oynamağı çox sevib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib