Dərc edilib: 21-08-2022

https://www.nuh.az/32019-.html

Otelə silahlı hücum - 20 nəfər öldü

21.08.2022 09:22:39

LIVE

Somalinin paytaxtı Moqadişoda terrorçular otelə partlayıcı ilə hücum ediblər. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra qarşıdurma yaşanıb.

Hadisə zamanı 20 nəfər ölüb, aralarında uşaqların da olduğu çox sayda insan yaralanıb.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib