Dərc edilib: 22-08-2022

https://www.nuh.az/32028-.html

“Atamın ömrünün qısalmağında bəzi məmurların əli var”

22.08.2022 14:15:34

Hadisə

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli mərhum atası – aktyor və rejissor, Xalq artisti Şəmsi Bədəlbəyli ilə bağlı xatirələrini bölüşüb. 


 Sənətkar Kulis.az-a müsahibəsidə Şəmsi Bədəlbəylinin son günlərini belə xatırlayıb: “Mən dəqiq bilmirəm, amma niyəsə yaralı getdi. Heç nə başa düşmədim. Yəqin intriqalar... Özü heç nə demirdi. Çox qapalı insan idi. Mərd idi, heç nədən şikayət etməzdi. Nədənsə narazılıq etdiyini, təəssüfləndiyini görməmişəm. Heyif, gözəl aktyor idi”.

 

F. Bədəlbəyli atasının ölümündə bəzi məmurların əlinin olduğunu qeyd edib: “Ağır günlər idi. Ona görə də mən o günləri həmişə unutmağa çalışmışam. Teatr Xadimləri İttifaqının qurultayı idi. Onu seçməliydilər, Şəmsi bəy ən sanballı namizəd idi. Mərkəzi komitədən zəng gəldi ki, ayrı bir adam seçilsin. Özü də son dəqiqədə. Birdən- birə ağappaq oldu, çox sıxıldı. Onu götürüb getdik evə. Maraqlı bir hadisə baş verdi, konyak götürüb açmaq istədim, şüşə partladı. Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü aşağı, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib