Dərc edilib: 23-08-2022

https://www.nuh.az/32036-.html

“Altı saat dərs deyən müəllimin 150 manat maaş alması normaldır”

23.08.2022 13:58:06

Region

“Hazırda məktəblərdə 6 saat dərs deyən müəllimlərimiz var. Bu yalnız 4439 müəllimi təşkil edir. Onlar cəmi 150 manat maaş alırlar. Lakin həftədə 6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əksər - 100 mindən artıq müəllimin 12 saat və ondan çox dərs saatı var: “Ümumtəhsil məktəblərində ümumən 140 minə yaxın müəllim dərs deyir. 18-24 saatdan çox dərs deyən müəllimlərin ortalama əməkhaqqı min manatı keçir. Biz istəyirik ki, savadlı müəllimlərimizin əməkhaqqısı daha çox olsun”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib