Dərc edilib: 24-08-2022

https://www.nuh.az/32041-.html

Tamamilə yandığı deyilən Duqinanın tabutdakı görüntüsü gündəm oldu

24.08.2022 07:30:34

Günün sitatı

Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın “Ostankino” televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.

Belə ki, Rusiya mediası partladılmış avtomobilin qadın sürücüsü tamamilə yandığından şəxsiyyətini hadisə yerində müəyyən etməyin mümkün olmadığını yazmışdı. Duqinanın tabuta qoyulmuş cəsədi isə deyilənlərin əksinə olaraq, “təravətli” görünüşü ilə sosial media izləyicilərinin diqqətini çəkib.

Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib