Dərc edilib: 24-08-2022

https://www.nuh.az/32042-.html

İlham Əliyevlə Tokayevin təkbətək görüşü oldu

24.08.2022 12:41:18

Siyasət

Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüşü olub. 


“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaq.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib: “İlk növbədə, göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib