Dərc edilib: 24-08-2022

https://www.nuh.az/32043-.html

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

24.08.2022 17:16:17

İdman

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.   

 


NUH.az    “Unikal”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib