Dərc edilib: 26-08-2022

https://www.nuh.az/32051-.html

Bərdədə məktəbli qıza zorakılıq edib videoya çəkdilər....

26.08.2022 13:47:25

LIVE

Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb. 


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.

Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib