Dərc edilib: 27-08-2022

https://www.nuh.az/32058-.html

İranın keçmiş xarici işlər naziri: “Güney Azərbaycan İrandan ayrılacaq”

27.08.2022 20:54:08

Region

"Azad İran” "YouTube” kanalında İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin bir zamanlar səsləndirdiyi fikirlərlə bağlı maraqlı süjet hazırlanıb.
Süjetdə deyilir:
"1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair nazirlər kabinetinin iclası keçirilirdi.
 
Həmin iclasda o zaman Xarici İşlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti demişdi:
"Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (yəni Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.
Daha ətraflı videoda:
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib