Dərc edilib: 28-08-2022

https://www.nuh.az/32063-.html

Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi

28.08.2022 19:27:54

LIVE

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.


 Manset.az   xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib