Dərc edilib: 04-09-2022

https://www.nuh.az/32105-.html

Qubanın kənd kitabxanalarında korrupsioner axtarışı…

04.09.2022 13:53:51

İqtisadiyyat

Qubanın kənd  kitabxanalarında  korrupsioner  axtarışı…

 

Cənab nazir Anar Kərimovun münasibət bildirməsini gözləyiik…

 

 Məlumat üçün qeyd edək ki,  Quba rayonunun kənd və qəsəbələrində 86  kitabxana filialı faəliyyət göstərir.

Quba şəhərindəki  kitabxana da daxil olmaqla  bu 86 kitabxana Quba rayon Mərkəzləşdirlmiş Kitabxana Sistemində  ( MKS ) birləşdirilib. Və MKS-nin direktoru Saməddin Nəsirovdur.

Onu da qeyd edək ki, MKS  Quba mədəniyyət şöbəsinə ( şöbə müdiri  Fuad Orucov  ) və Xaçmaz Regional Mədəniyyət İdarəsinə tabedir.

Bir il əvvəl  mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüsal Hüseynov  Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

NUH.az-a daxil olan məlumata görə,  MKS-in direktoru Saməddin Nəsirov  kənd və qəsəbə kitabxalarında korrupsiya ilə mübarizə adı altında  20 nəfər kitabxanaçını işdən azad edib. Daha doğrusu, cənab Saməddin Nəsirov iki qohumun eyni kitabxanada işləməsinin guya “ Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa  zidd olduğunu əsas gətirərək  işçilərə məcburi ərizə yazdıraraq onları işdən azad edib. 


Birincisi, kənd  kitabxana  filialında hansı korrupsiyadan danışmaq olar..?

İkincisi, Bakıda nazirliklərin çoxunda yaxın qohumlar, hətta eyni ailənin üzvləri bir qurumda çalışdığı halda kənd kitabxanasında çalışan şəxslərin uzaq qohum olmasının korrupsiyaya nə dəxli ola bilər..?

Görünür,  MKS-nin direktoru cənab Saməddin Nəsirov kitabxanaçıları işdən azad edərək yenilərini işə qəbul etməklə  “qaz vurub qazan doldurmaq”  eşqinə dşüb. Və bunu  “Korrupsiya qanunu” ilə əsaslandırıb.


NUH.az-a daxil olan məlumatdan o da bəlli olur ki, Saməddin Nəsirov kitabxanaçılara hədə-qorxu gələrək deyib ki, əgər ərizə yazmasanız, “Korrupsiya qanunu”nu pozduğunuza görə, indiyədək aldığınız əmək haqqı  geri alınacaqdır.

İşdən qanusuz çıxarılan kitabxanaçılardan biri məhkəməyə müraciət edərək işinə  bərpa oluna bilib.

Görəsən, Saməddin Nəsirovun bu əməllərindən mədəniyyət naziri cənab Anar Kərimovun və  Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vüsal Hüseynovun xəbəri varmı..?

“ Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun  məluma maddəsini cənab nazir Anar Kərimovun  və MKS-nin direktoru Saməddin Nəsirovun yadına salırıq: 

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

7.1.Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə  tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta

bilməzlər.

7.2.Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin  pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü  olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu  mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Cənab nazir Anar Kərimov !

Bu qanunun Qubanın kəndlərində çalışan və uzaq qohum olan kitabxanaçılara nə aidiyyəti var..?

NUH.az olaraq  məsələni sonadək gündəmdə saxlayacağıq və cənab nazirdən münasibət bildirməsini gözləyirik. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib