Dərc edilib: 06-09-2022

https://www.nuh.az/32121-.html

Ukrayna və Rusiya arasında hərbçilərin cəsədləri dəyişdirilir

06.09.2022 21:54:29

LIVE

Ukrayna və Rusiya arasında həlak olan əsgərlərin cəsədlərinin sentyabrın 6-da növbəti dəyişdirilməsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

“Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko və bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib”, - deyə məlumatda qeyd edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib