Dərc edilib: 10-09-2022

https://www.nuh.az/32141-.html

Əvəz Zeynallı saxlanıldı - Ofisində axtarış aparılır

10.09.2022 21:45:51

Müsahibə

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb. 

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər. 

Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisində axtarış aparılacağı ilə bağlı ona zəng gəldiyini yazıb.

***

Yaxınları vəkil Elçin Sadıqovun evində də axtarış aparılması ilə bağlı sosial şəbəkədə məlumat yayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib