Dərc edilib: 12-09-2022

https://www.nuh.az/32151-.html

Bakıda ana 1 yaşlı uşağını yeməyinə zəhər qataraq öldürdü

12.09.2022 11:27:52

LIVE

Bakıda qadın körpə övladını qətlə yetirib.

 

  “Qafqazinfo” Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib