Dərc edilib: 16-09-2022

https://www.nuh.az/32175-.html

Ukrayna Xarkovda 400-dən çox yaşayış məntəqəsini azad edib

16.09.2022 17:03:37

LIVE

“Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində Xarkov vilayətində 421 yaşayış məntəqəsini azad edib”. 


“Qafqazinfo” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko açıqlayıb.

Onun sözlərinə görə, azad olunan ərazilərdə yaşayış və digər vacib infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.

O, həmçinin bildirib ki, atışmalara baxmayaraq, həmin ərazilərə humanitar yüklər göndərilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib