Dərc edilib: 24-09-2022

https://www.nuh.az/32211-.html

Rusiyada hərbi əməliyyatlardan imtina edənlərə 10 İL cəza veriləcək

24.09.2022 20:56:38

Maraqlı

Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər həbs cəzası haqqında qanunu imzalayıb. 


“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin tərəfindən bununla bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.

Belə ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib, ölkədən çıxmaq istəyənlərin sayı çoxalıb. Bu səbəbdən ölkə sərhədlərində tıxaclar yaranıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib