Dərc edilib: 26-09-2022

https://www.nuh.az/32219-.html

Rusiyada məktəbdə atlşma- 14 azyaşlı öldürüldü

26.09.2022 21:40:59

LIVE

Udmurtiya hakimiyyəti sentyabrın 26-dan 29-a kimi İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində həlak olanlara görə matəm elan edib. 


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rəhbəri Aleksandr Breçalov öz teleqram kanalında məlumat verib.

“Bu gündən sentyabrın 29-dək Udmurtiya Respublikasında 88 nömrəli məktəbdə dünyasını dəyişənlərə görə matəm elan edilib”, - Breçalov yazıb.

Qeyd edək ki, sözügedən faciə sentyabrın 26-sı səhər saatlarında baş verib. Məlumata görə, üzərində nasist simvolları olan qara kostyumda və maskada olan naməlum şəxs dərs zamanı məktəbə girərək atəş açıb. Bundan sonra o, məktəbin ikinci mərtəbəsində barrikada quraraq polis əməkdaşlarına cavab atəşi açıb,  daha sonra intihar edib.

İstintaq Komitəsinin məlumatına görə, məktəbdə atışma nəticəsində müəssisənin iki mühafizəçisi və iki müəllim, həmçinin beş uşaq olmaqla 13 nəfər həlak olub. Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib