Dərc edilib: 26-09-2022

https://www.nuh.az/32221-.html

27 Sentyabr - Şəhidlərimizin Anım Günü - Məhəmməd Nooyev yazır

26.09.2022 21:56:43

Cəmiyyət

Məhəmməd Nooyev,


Azərbaycan-Avar İctimai Birliyinin İdarə Heyətinin sədri 


Aprel döyüşlərində, burnu ovulduğundan revanşa hazırlaşan Ermənistan quldur dəstələri düz iki il qabaq, cəbhəboyu hücuma keçdi. 27 sentyabr, saat 06.00!

Cəbhədəki həyəcan siqnalına bütün Azərbaycan xalqı ayağa qalxdı. Ölkənin hər yerindən könüllülər ordusu hərbi komissarlıqların qarşısına toplandı - şimalından cənubuna, qərbindən şərqinə qədər, yəhudisindən talışına, kürdündən ləzgisinə, rusundan tatarına kimi… Təbii ki, Azərbaycan sevdalıları arasında biz avarlar da ön sıralarda idik. 30 illik işğal millətin səbr kasasını doldurmuşdu: «Ya Qarabağ, ya ölüm!» hayqıran igidlər bu dəfə yalnız «Ya Qarabağ!» deyə səngərlərə atıldılar…

Qarabağı 44 gündə işğaldan azad elədik. Ölkənin alnından bu ağır ləkəni silah tutan əllərlə biryolluq silib təmizlədik. Öndə döyüşən komandirlər olduğundan Müdafiə Nazirliyimizin bir sıra yüksək rütbəli zabitləri də şəhid və qazi oldular. 

 

Budəfəki savaşda bir şüar vardı: İRƏLİ! Ordumuz bir gün də geri çəkilmədi. Dünya hərb tarixinə Azərbaycanın adını qürurla yazdıq. Vətən müharibəsi 44 günlük zəfər tarixinə çevrildi. Rayonların işğal tarixləri təqvimdən silinib atıldı. İndi bizim yeni tariximiz qələbə ilə doludur.

Ötən iki il ərzində Qarabağda bərpa-dirçəliş işləri inanılmaz vüsətlə davam edir. Cənab Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır! Və həmişə Azərbaycan olacaq!

27 Sentyabr - Vətən uğrunda canını qurban verən Şəhidlərimizin Anım Günüdür. Andıqca anacağıq...


NUH informasiya agentliyi səhifəsindən çap edilib