Neyropsxioterapevt Nurana Kazımova və Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihə
Türkiyədə təhsil almış uzman neyropsxioterapevt Nurana Kazımova və " Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti"nin ( TADC ) bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihə həyata keçirilmişdi.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Tarixən hər zaman Azərbaycanın yanında olan qardaş ölkə Türkiyə bu gün də müharibədən sonra qazilərimizə dəstək olaraq Türkiyədə təhsil almış uzman neyropsxioterapevt - Nurana Kazımova və TADC-"Türkiye Azərbaycan Dostluq Cəmiyyəti"nin bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihəhəyata keçirilmişdi.
2020- ci il 27 Sentyabr Anım günü olaraq bu gün Füzuli Rayon Horadiz şəhərində şəhidlər xiyabanında şəhidlərimizi yad etdik. Ardınca Füzuli rayonunda II -ci Qarabağ Qaziləri ilə şəhidlərimizi bir dəqiqəlik sükutla anaraq Azərbaycan və Türkiyə dövlət himni ilə qazilərimizlə səmimi , psixoloji movzuda görüş keçrildi.
2 saatlıq səmimi görüşdə qazilərin müharibə sonrası yaşanılan post- travmatik problemləri haqqında dinlənilərək mütəxəsislər tərəfindən məsləhətlər verildi.
Biz bu tarix yazan qəhramanlara dəstək olaraq böyük türk dünyasina sağlam ruhlu qazilərin imzasinda öz vəzifə borcumuzu könüllü olaraq icra etmək vəzifə borcumuzdur.
Lahiyəni komanda olaraq irəliyə sürən keçmiş Sülhməramli batalyon qoşun komandiri Kazımov Amar İbrahim oğlu, N.Süleymanov adına Mollaməhərrmli kənd tam orta məktəbin direktoru Bəşir Əliyev və həmin məktəbin müharibə iştirakçısı psixoloq- Rəşid Behbidov könüllü olaraq dəstək olmuşlar.