Dərc edilib: 27-09-2022

https://www.nuh.az/32226-.html

“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik” - Bərxudarov+Video

27.09.2022 21:27:50

Müsahibə

“Real TV” Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərə dair süjet hazırlayıb

 

 “Qafqazinfo” xəbər verir ki, süjetdə korpus komandiri, general-mayor Mais Bərxudarov tunelin texniki göstəricilərinə dair ətraflı məlumat verib.

 

“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik. Ermənilər inadla bura hücum edirdilər. 150 nəfər bir, 200 nəfər bir. Onlar buradan çıxmamaq üçün bura daxil olmaq istəyirdilər. Onların içərisində olan bir tağıma qədər qüvvəni məhv etmişdik”, - deyə Mais Bərxudarov bildirib. Həmin süjeti təqdim edirik: 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib