Dərc edilib: 28-09-2022

https://www.nuh.az/32235-.html

Gürcüstan Prezidentindən Lukaşenkonun Abxaziyaya səfərinə - Reaksiya

28.09.2022 21:12:54

LIVE

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərinə reaksiya verib. 


“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, S. Zurabişvili belaruslu həmkarını beynəlxalq hüququ pozmaqda ittiham edib.

Gürcüstan Prezidenti Abxaziyaya səfər edən Lukaşenkonu həmçinin ikitərəfli münasibətləri pozduğunu bildirib.

Qeyd edək ki, Belarus Abxaziyanın müstəqilliyini tanımasa da, Lukaşenko bu gün ilk dəfə bura səfər edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib