Dərc edilib: 29-09-2022

https://www.nuh.az/32238-.html

Qırğızıstanın təhsil naziri rüşvət alarkən həbs edildi

29.09.2022 08:19:38

LIVE

Qırğızıstanın təhsil və elm naziri Almazbek Byeşənəliyev külli miqdarda rüşvət alarkən saxlanılıb. 

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Beyşənəliyevin Qırğızıstandakı universitetlərə əcnəbi tələbələri qəbul etdirməsi üçün 110 min dollar alması faktı araşdırılır. 

Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın Baş Prokurorluğu respublikanın energetika naziri Doskul Bekmurzayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək iki cinayət işi açıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib