Dərc edilib: 30-09-2022

https://www.nuh.az/32254-.html

Füzulidə iki nəfər minaya düşərək həlak oldu

30.09.2022 23:13:49

LIVE

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və  2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşüb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilir ki, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib