Dərc edilib: 01-10-2022

https://www.nuh.az/32255-.html

Ukraynanın NATO-ya üzv olması ilə bağlı proqnoz verildi

01.10.2022 09:52:58

LIVE

“Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması prosesi çox sürətli olacaq və bu, məhz Rusiya ilə müharibənin nəticəsindən asılıdır”. 


“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Düşünürəm ki, bu proses (Ukraynanın NATO-ya daxil olması – red.) çox sürətli olacaq və bu, məhz müharibənin nəticəsindən asılıdır. Müharibənin önəmli nəticələrindən birinin Ukraynanın fərqli tərzdə oynayacağı Avropa təhlükəsizlik konfiqurasiyası olacağı açıqlanıb. Prinsipcə, bizim tərəfdaşlarımız da buna hazırdır”, - deyə Podolyak bildirib.

Podolyak əlavə edib ki, Rusiya ilə müharibə davam etdikcə, Ukraynanın Avropanın ən yaxşı, yaradıcı, döyüşə hazır ordularından birinə sahib olması aydın olur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib