Dərc edilib: 02-10-2022

https://www.nuh.az/32266-.html

Tehranda Qasım Süleymaninin heykəli yandırıldı

02.10.2022 10:37:41

LIVE

Tehran şəhər parkında İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı, general  Qasım Süleymaninin heykəli yandırılıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, iranlı müxalif jurnalist Məsih Əlinejad İnstaqram hesabında yazıb:

“İslam Respublikasının rəmzləri bir-bir odda yanır. Birincisi, Xamneyinin şəklinin yandırılması. Sonra baş örtüklərinin yandırılması. İndi də Qasim Süleymaninin heykəlinin yandırılması...".

 

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib