Dərc edilib: 02-10-2022

https://www.nuh.az/32268-.html

Futbol matçında ara qarışdı, 127 nəfər ÖLDÜ - Video

02.10.2022 11:01:33

LIVE

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib