Dərc edilib: 02-10-2022

https://www.nuh.az/32273-.html

Partiya sədrinin müavini GÜLLƏLƏNDİ

02.10.2022 17:13:39

LIVE

Sancaktəpədə güllələnərək yaralanan və müalicə aldığı xəstəxanada dünyasını dəyişən Milliyətçi Hərəkət Partiyası Qartal Rayon sədr müavini Erkan Hançərin qətlində şübhəli bilinən şəxs Esenyurtda saxlanılıb.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalarda Hançər evindən çıxıb avtomobilinə minmək istəyərkən ona odlu silahla atəş açan şübhəlinin 31 yaşlı Ö.D. (ad şərtidir) olduğu təyin olunub.

İlkin dindirilmə zamanı əməlini etiraf edən şübhəli cinayət əməlini qisas məqsədilə törətdiyini etiraf edib.

Belə ki, araşdırma nəticəsində tərəflər arasında 2002-ci ildən etibarən qan davasının olduğu müəyyən edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib