Dərc edilib: 02-10-2022

https://www.nuh.az/32275-.html

Müəllim şagirdlərini belə cəzalandırdı - ŞOK - FOTO

02.10.2022 20:36:12

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.


NUH.az  APA-ya istinadən xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib