Dərc edilib: 02-10-2022

https://www.nuh.az/32276-.html

Xanım Ərdoğan xanım Zelenskaya ilə görüşdü - Fotolar

02.10.2022 22:05:11

LIVE

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskayanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Əminə Ərdoğan bu haqda tviter hesabında yazıb.

“Ukrayna Prezidentinin həyat yoldaşı, əziz dostum Yelena Zelenskayanı İstanbulda qəbul etməkdən şad oldum. İnanıram ki, biz Ukrayna xalqının, xüsusən də müharibə qurbanı olan qadın və uşaqların yaralarını birlikdə sağaldacağıq”, - paylaşımda qeyd olunub.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib