Dərc edilib: 03-10-2022

https://www.nuh.az/32277-.html

Mahnının sözlərini bilmədiyi üçün musiqiçini döyüb öldürdülər

03.10.2022 08:04:48

LIVE

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.

Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib