Dərc edilib: 03-10-2022

https://www.nuh.az/32280-.html

Oğlunun oğurlanması xəbərləri ilə bağlı deputatdan - Açıqlama

03.10.2022 18:03:52

“Kimlərsə sosial şəbəkələrdə yazır ki, guya Türkiyədə mənim oğlumu oğurlayıblar və 5 milyonun müqabilində buraxılıb. Tamamilə yalan məlumatdır. Belə bir söhbət yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Əhliman Əmiraslanov oğlunun Türkiyədə oğurlanması barədə iddialara münasibətində deyib. Onun sözlərinə görə, ölkədə olmadığından bu barədə yaxınlarından eşidib.

Xatırladaq ki, yayılan məlumata görə, Türkiyədə biznes şəbəkəsi olan deputat oğlu Azər Əmiraslanovun buraxılması üçün 10 milyon dollar tələb olunub. Danışıqların nəticəsi olaraq deputat oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib