Dərc edilib: 04-10-2022

https://www.nuh.az/32285-.html

Türkiyə Rusiyadan xahiş edib

04.10.2022 08:44:03

LIVE

Türkiyə artan enerji qiymətlərinin iqtisadi zərərini azaltmaq üçün Rusiyadan Ankaranın təbii qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb. 

“Türkiyənin dövlətə məxsus enerji idxalçısı Boru Hatları ilə Petrol Tasima AS və ya Botaş ödənişlərin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağa çalışır”, - məlumatda deyilir.

Agentlik mənbələri qeyd edir ki, danışıqların hər hansı razılığa gətirib çıxaracağı hələlik bəlli deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib