Dərc edilib: 04-10-2022

https://www.nuh.az/32289-.html

Lənkəran İcra Hakimiyyətində əməliyyat - HƏBSLƏR

04.10.2022 16:18:24

LIVE

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.


“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib