Dərc edilib: 04-10-2022

https://www.nuh.az/32290-.html

Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - Fotolar

04.10.2022 17:04:16

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. 

 


NUH.az     APA-ya istinadən xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

 









NUH informasiya agentliyi səhifəsindən çap edilib