Dərc edilib: 06-10-2022

https://www.nuh.az/32303-.html

Polkovnik Elnur Məmmədov həbs edildi

06.10.2022 21:41:39

Cəmiyyət

Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edilib. 


"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə ona hökm oxunub. Hökmə əsasən, E.Məmmədov 6 ay müddətə azadlıqdan məhrum olunub.

 
Qeyd edək ki, Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib. Polkovnik Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib.

Xatırladaq ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib