Dərc edilib: 08-10-2022

https://www.nuh.az/32315-.html

“Gecə küçədə tək dayanmışdı, qolunda xəsarət izləri vardı...” - Foto

08.10.2022 10:15:38

LIVE

Vəkil Vamiq Şükürov Xırdalanda qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquqşünas feysbuk səhifəsində yazıb. O bildirib ki, oktyabrın 6-sı gecə 00:03 radələrində Xırdalanda marketdən çıxarkən diqqətini bir uşaq cəlb edib:

“Hiss olunurdu ki, şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimisə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım. Çətinliklə olsa da ünsiyyətə keçə bildik. Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də açan olmadı. Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik. Blokdan həyətə düşüb əraziyə gələn polisə təhvil verdik uşağı. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anası imiş. Kişi və narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu dedi. Polis qadın, kişi və uşağı idarəyə apardı”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, müraciət araşdırılır.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib