Dərc edilib: 08-10-2022

https://www.nuh.az/32320-.html

Ağdamda mina partladı - Yaralılar var

08.10.2022 21:37:20

Günün sitatı

Təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. 


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2022-ci 8 oktyabr tarixində Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib