Dərc edilib: 09-10-2022

https://www.nuh.az/32326-.html

Azadlığa çıxan nazir: "Rəis deyəndə ki, azadlığa çıxırsan, şoka düşdüm"

09.10.2022 15:02:12

Maqazin

Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Onun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb.

 

NUH.az   xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən sabiq nazir deyilənlərin yalan olduğunu bildirib. O, azadlığa çıxması haqda da danışıb.

"Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb deyəndə ki, sizi azadlığa buraxırıq, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam."

"Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam. Allah dövlətimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Var olsun, sağ olsun, cənab Prezidentimiz."

Qeyd edək ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barəsində apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib