Dərc edilib: 10-10-2022

https://www.nuh.az/32334-.html

İranda bir neçə iri məmur öldürüldü

10.10.2022 22:12:13

LIVE

İranda bir neçə hökumət məmuru öldürülüb.

 

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb. 


Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur. Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb. Bununla yanaşı, Tehranda Səlman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirldiyi bildirilir. İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsinin rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib. Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur. Sözügedən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib