Dərc edilib: 11-10-2022

https://www.nuh.az/32342-.html

“2 manatlıq dərmanı altdan 150-200 manata satırlar”

11.10.2022 22:53:32

LIVE

Milli Məclisdə Azərbaycanda bəzi dərmanların çatışmazlığı məsələsi qaldırılıb. 


“Qafqazinfo” xəbər verir ki, millət vəkili Rüfət Quliyev həkimlərin ona müraciət edərək bəzi dərmanların çatışmadığını bildirib. 

“Bir aydan çoxdur ki, Azərbaycanda adrenalin adlı dərman yoxdur. Həkimlər qeyd edirlər ki, hazırda onlarla cərrahiyyə əməliyyatı məhz buna görə dayandırılıb. 1.50 qəpiklik dərman yoxa çıxıb, onu altdan-altdan 150-200 manata satırlar. İkincisi qlükoza və hidrogen xolorofil fizoloji məhlulu tapılmır. Bu dərmanlar Ukraynadan gətirilir.

Mən başa düşürəm ki, Ukraynada müharibədir və dərman gətirməkdə müəyyən problemlər var. Lakin bu dərmanlar Türkiyədə rahat şəkildə satılır. Bizim fikrimiz var idi  ki, bir ay dərmanları Türkiyədən Azərbaycana gətirib sataq. Bu problemin həllini uzatmaq lazım deyil”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib