Dərc edilib: 12-10-2022

https://www.nuh.az/32343-.html

Əhədpurun Azərbaycandakı KÜRÜ-balıq şirkəti ödəmələrdən yayınıb

12.10.2022 07:55:49

Maqazin

Azərbaycanda kürü və balıq məhuslları istehsalı üzrə tanınan “Caspian Fish Co Azerbaijan” MMC məhkəməlik olub. 


“Qafqazinfo”nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcələssinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Şirkət az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Caspian Fish”i inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, işə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası oktyabrın 26-na təyin olunub.

Əlavə edək ki, “Caspian Fish” şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin prezidentinin iranlı iş adamı Manuçehr Əhədpur Xangah olduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib