Dərc edilib: 12-10-2022

https://www.nuh.az/32344-.html

Kiyevin mərkəzində Puşkinin abidəsi söküldü - Foto

12.10.2022 08:02:54

Region

Kiyevdə dahi rus şairi Aleksandr Puşkinin şəhərin mərkəzində yerləşən büstü sökülüb. “Qafqazinfo” xəbər verir ki,  bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb. 

 

 

“Dekommunizasiya. Ukrayna” layihəsinin həmtəsisçisi Vadim Pozdnyakov, Puşkini “Rusiya dünyasının simvolu” adlandırıb və sökülmənin may ayında həlak olan ukraynalı leytenant Denis Antipovun şərəfinə həyata keçirildiyini söyləyib.

Pozdnyakovun sözlərinə görə, Kiyevdə Puşkinə həsr olunmuş daha səkkiz obyekt, o cümlədən xatirə lövhəsi və büstlər var.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib