Dərc edilib: 13-10-2022

https://www.nuh.az/32353-.html

Çin və Hindistan BMT-nin Rusiya ilə bağlı qərarına ...

13.10.2022 08:01:28

LIVE

BMT Baş Assambleyası Rusiya Federasiyasının tərkibinə daxil olmaqla bağlı qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları tanımayan anti-Rusiya qətnaməsi qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, qətnamə üzrə səsvermənin keçirildiyi iclas BMT-nin saytında yayımlanıb.

 
143 ölkə sənədin lehinə, 5 ölkə əleyhinə, 35 ölkə bitərəf, Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya əleyhinə səs verib. Səsvermədə bitərəf qalan ölkələr arasında Çin və Hindistan da var.

Qətnamədə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib