Dərc edilib: 13-10-2022

https://www.nuh.az/32356-.html

“3-4 azərbaycanlının kirvəsi də olmuşam” - Erməni Xazaryan

13.10.2022 14:04:11

LIVE

Azadlıq radiosunun erməni bürosu Türkiyə - Ermənistan sərhədində yerləşən Baqaran kəndindən (Hacı Bayram (Sərdarabad)) reportaj hazırlayıb. Türkiyənin Halıkışlak kəndi ilə Baqaranı yalnız ortadan axan Arpaçay çayı ayırır. 


“Qafqazinfo” xəbər verir ki, nəşr kənd sakinlərinin hazırda aktiv şəkildə müzakirə olunan Türkiyə - Ermənistan sərhədinin açılmasına dair məsələ barədə fikirlərini öyrənib.

Kənd sakinlərinin məsələ ilə bağlı fikirləri isə kəskin şəkildə fərqlənir. Belə ki, onlardan bəziləri sərhədlərinin qəti şəkildə açılmasının əleyhinə, digərləri isə bunun lehinə olduğunu bildirib.

Kənd sakinlərindən biri olan Kacik Xazaryan azərbaycanlılarla birgə yaşadığı dövrü xatırlayıb. O qeyd edib ki, Baqaranda 1980-ci illərin sonlarına qədər onlarla azərbaycanlı ailəsi yaşayıb: “Birlikdə toy edirdik. Əsgər yığıncaqları, xeyir və şəri bir yerdə qeyd edirdik. Bölünəsi heç nəyimiz yox idi. Üç-dörd azərbaycanlının da kirvəsi də olmuşam”.

Xazaryan qeyd edib ki, 20 il çoban olub, sonra briqadir işləyib, ardınca da kinomexanik. Onun sözlərinə görə, kənddə nümayiş etdirilən filmlərə də ermənilərlə azərbaycanlılar birgə baxar, gülüb, ağlayarmışlar: “Bütün gəncliyimi burda keçirmişəm. Gör nə günə qoyublar! Kinonu oradan verirdim. Hind filmləri zamanı zal ağzına qədər dolarmış. Körpələrdən ağsaqqaladək hamı kinoya gələrdi. İki seriya üçün biletin qiyməti 40 qəpik idi”.

Erməni kənd sakini, həmçinin qeyd edib ki, Türkiyə ilə sərhədin açılmasının tərəfdarıdır: “Yollar açılsa, çox yaxşı olar. Türkiyə çox zəngindir”.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib