Dərc edilib: 14-10-2022

https://www.nuh.az/32359-.html

Bakıda iki yeniyetmə taksi sürücüsünü öldürdü...

14.10.2022 00:45:01

LIVE

Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərovun amansızlıqla qətlə yetirilməsi barədə xəbər vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülən Çərkəz idmançı olub. Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.

 
İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib.

Mərhum Çərkəz Ələsgərovun fotosunu təqdim edirik:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib