Dərc edilib: 15-10-2022

https://www.nuh.az/32369-.html

Vəkillər Kollegiyasının Sevil Hacıyeva barəsində MÜRACİƏTİ...

15.10.2022 14:34:22

Cəmiyyət

Vəkillər Kollegiyası Sevil Hacıyeva barəsində məhkəmə və istintaq orqanlarına müraciət edib….

 

Bir neçə il əvvəl  Vəkillər Kollegiyasının 4 saylı Hüquq Mələhətxanasında çalışan Sevil Balasoltan qızı Hacıyevanın qanunsuz əməlləri, xeyli sayda vətəndaşa külli miqdarda pul atmas barədə ölkə mediasında kifayət qədər yazılıb.

Məlumat üçün qeyd edək ki, Sevil Hacıyevanın ən böyük  fırıldağı  Tovuz rayonu  Qovlar  qəsəbə sakini, iş adamı   İsmayıl  Hüseynovun qanuni əmlakını fırıldaq yolu ilə ələ keçirməsi olub.

Qısaca onu bildirək ki, İsmayıl Hüseynovun oğlanlarına vəkillik  edən Sevil Hacıyeva  onları aldadaraq  ailənin 470 000 manat pulunu və əmlakını mənimsəyib.

Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar  Balasoltan oğlu Daşdəmirov isə  NUH.az   saytına  müraciət edərək  bildirib ki, dogma bacısı Sevil Hacıyeva və qızları onun ailəsini hədələyir, təhdid edir, hətta həyat yoldaşı Aybəniz Daşdəmirovanı döyərək ona  xəsarət yetiriblər.

Yaşar Daşdəmirov bu barədə hüquq-mühafizə orqanlarına 2021-ci ilin avqust ayında  müraciət edib.

Yaşar  Daşdəmirovun  şikayəti  əsasında  Sevil Hacıyevaya  qarşı  cinayət işi açılıb və  iş  Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq  Cabbar Cabbarov  tərəfindən araşdırılır.  

Yaşar Daşdəmirov haqlı  olaraq  soruşur ki, nə üçün istintaq 1 ildən çoxdur davam edir..?

Məlumdur ki, Sevil Hacıyeva qanunsuz əməllərinin nəticəsi olaraq Vəkillər Kollegiyasından, vəkillik fəaliyyətindən uzaqlaşdırıldı.

Ancaq  redaksiyamıza daxil olan məlumata görə, Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlərlə yenə də vəkillik edir.

Vəkillər Kollegiyasının sədr müavini  Aydın Axundovun imzası  ilə, Azərbaycan Vəkillər Kollegiyası  Rəyasət Heyətinin  Məhkəmə və  istintaq  orqanlarına  ünvanlanmış 11.10.2022-ci il tarixli , 1443 saylı  müraciətində deyilir:

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06.11.2020-ci il tarixli  iclasında Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyeva Sevil Balasoltan qızının vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəmədə qaldırılmış iddia təmin edilmişdir.

Göstərilənlərə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan Sevil Hacıyeva tərəfindən qurumunuza 06.11.2020-ci il tarixdən sonra vəkil kimi təqdim edilən order aşkar olunarsa, bu barədə bizə məlumat ( müvafiq sənədlərin surətləri əlavə olunmaqla ) verməyinizi xahiş edirik. ( əlaqələndirici şəxs Seymur Səfərov . tel 055-999-23-66, faks 012-596-32-71 )

Vəkillər Kollegiyasının sədr müavini   Aydın Axundov.

Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib