Dərc edilib: 16-10-2022

https://www.nuh.az/32371-.html

Rusiyada terror aktı törədildi - 11 ölü, 15 yaralı

16.10.2022 10:33:42

LIVE

Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.

 

  “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Belqorod vilayətinin Qərb Hərbi Dairəsindəki poliqonda MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən terror aktı törədilib. Könüllülərlə təlimlər zamanı terrorçular şəxsi heyəti atəşə tutublar. Hadisə nəticəsində 11 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı, terrorçuların cavab atəşi ilə məhv edildiyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib